Şərtlər və Qaydalar

20 aprel 2025

1. Ümumi Məlumat

EduBaza.az platformasına daxil olaraq və qeydiyyatdan keçərək bu Şərtlər və Qaydaları qəbul etmiş olursunuz. Platformamız 4-11-ci sinif şagirdləri üçün Buraxılış imtahanlarına hazırlıq, universitetə qəbul, olimpiada və liseylərə hazırlıq üzrə video dərslər və onlayn imtahanlar təqdim edir.

2. Qeydiyyat və İstifadəçi Hesabı

Platformadan tam istifadə üçün istifadəçi qeydiyyatdan keçməli və doğru məlumat təqdim etməlidir. Hesab məlumatlarının qorunması istifadəçinin məsuliyyətindədir.

3. Ödəniş və Abunəlik

Ödənişlər Epoint ödəniş sistemi vasitəsilə onlayn şəkildə qəbul olunur. Visa, MasterCard, Google Pay və Apple Pay dəstəklənir. Abunə olunan dərslər və imtahanlara ömürlük giriş təqdim olunur.

4. İntellektual Mülkiyyət Hüquqları

EduBaza.az-da yerləşdirilən bütün video dərslər, testlər və digər materiallar müəllif hüquqları ilə qorunur. Bu materialların hər hansı bir formada icazəsiz yayılması, yüklənməsi və ya ələ keçirilməsi qadağandır.

5. Xidmətə Girişin Dayandırılması

EduBaza.az istifadəçi tərəfindən şərtlərə əməl edilmədiyi təqdirdə xidmətə girişin məhdudlaşdırılması və ya dayandırılması hüququnu özündə saxlayır.

6. Dəyişikliklər

EduBaza.az istənilən vaxt bu Şərtlər və Qaydalarda dəyişiklik etmək hüququna malikdir. Dəyişikliklər sayt vasitəsilə elan olunur.